
Xiaomi Redmi Note 4X-in texniki göstəriciləri sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Weibo sosial şəbəkəsində hələ anonsu olmayan Xiaomi Redmi Note 4X smartfonunun texniki göstəriciləri sızıdırılıb.
Məlumata əsasən Redmi Note 4X, bu ilin
Avqust ayında satışa çıxmış Redmi Note 4-ün yenilənmiş versiyası olacaq. Yeni
model, Qualcomm Snapdragon 653 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş ilə
təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Redmi Note 4, MediaTek
Helio X20 prosessoru, 2/3 GB RAM, 16/64 GB daxili yaddaş, 5.5 inç Full HD
ekran, 4100 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera
ilə təchiz olunur. Xiaomi Redmi Note 4X-in nə zaman təqdim olunacağı isə hələki
bilinmir.
Paylaş
Bənzər xəbərlər