
Xiaomi Redmi Note 5A 21 avqustda təqdim ediləcək
Elm & Texnologiya
18.08.2017
Orxan
Ölkəmizdə də çox məşhur
olan Xiaomi, yeni alt seqment səviyyəsində ki, Redmi Note 5A modelinin təqdimat
tarixini açıqladı.
Xiaomi əlverişli modelləri ilə böyük satış rəqəmlərinə nail
ola bilir. Hər seqmentdə məhsulu mövcud
olan Xiaomi, Redmi Note 5A ilə 21 avqustda qarşımıza çıxmağa hazırlaşır.

Üst səviyyə modellərində olduğu kimi, alt seqment səviyyəli
məhsullarında da müvəffəqiyyətli olan Xiaomi,yeni modelini 21 avqust bazar ertəsi günü iki fərqli versiya ilə təqdim edəcək.
İlk versiyada Snapdragon
425 prosessoru istifadə ediləcək Redmi
5A, 2 GB RAM və 16 GB daxili yaddaş sahəsi olacaq.
İkinci versiyada Snapdragon 430
prosessoru, 3 GB RAM və 32 GB daxili yaddaş sahəsi olacaq. Hər
iki modeldə 5.5 inç olan HD ekran və 3000 mAh batareya olacaq.

Kamera tərəfində ilk versiyası 13 meqapikselli arxa və 8
meqapikselli ön kameraya, ikinci versiyada 13
meqapikselli ön kameraya malik 16
meqapiksel arxa kamera olacaq. Xiaomi
Redmi 5A modellərinin təxminən 1000
Yuan və ya təxminən 100 dollar
qiymət etiketi ilə bazara çıxması gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
