main-post-cover

    Xiaomi Redmi Note 5A təqdim edildi

    Elm & Texnologiya
    21.08.2017
    Farid Pardashunas

    “Xiaomi” şirkəti yeni büdcəli Redmi Note 5A modelini təqdim etdi.

    Xiaomi Redmi Note 5A heç də sürpriz bir smartfon olmadı. Bu sadəcə olaraq yenilənmiş texniki göstəricilərə sahib köhnə smartfondur. Əsas dəyişikliklər sırasında smartfonun arxa panelindəki kamera, mərkəz hissədən yuxarı sol hissəyə keçirilib. Qalan göstəricilərə görə isə smartfon həmin metal korpus, arxa paneldə barmaq izi skanı və ön paneldə ekranın alt hissəsində sensorlu düymələrlə təchiz olunub. Sözügedən smartfon 3 versiyada təqdim olunub. Onlar prosessor, yaddaş həcmi və kamera göstəricilərinə görə fərqlənirlər. Lakin buna baxmayaraq hər üç model, 2 sim kart və microSD girişi əldə edib. Texniki göstəricilərə gəldikdə, Xiaomi Redmi Note 5A, 5.5 inç HD ekran, Snapdragon 425 və ya 435 prosessoru, 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş, 3080 mAh enerji tutumlu batareya, 13/16MP arxa və 5/16 MP ön kameralar ilə təchiz olunub. Hər üç smartfon, Android 7.1.1 əməliyyat sistemi vasitəsilə çalışır. Kiçik versiya, 104$, orta versiya, 135$, 4 GB RAM və 16 MP-lik kameraya sahib versiya isə 186$ qiymətində satışa çıxacaq. Smartfonlar bu ayın sonunda Çində satışa çıxacaqlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər