Xiaomi Redmi Note 6 Pro'nun ilk unboxing videosu yayıldı
Elm & Texnologiya
26.09.2018
Farid Pardashunas
Bir neçə müddət bundan öncə Xiaomi Redmi Note 6 Pro modeli AliExpress və Giztop kimi online tiicarət saytlarında ortaya çıxmışdı. Lakin şirkət hələ sözügedən smartfon modelini təqdim etməyib. Bugün isə internetdə bu smartfon barəsində bəzi məlumatlar və smartfonun unboxing videosu ortaya çıxıb. Beləliklə Redmi Note 6 Pro smartfonu 6.26 inç Full HD IPS ekranla təchiz olunub və ekranın üzərində çıxıntı hissə yerləşir. Bununla yanaşı smartfon Snapdragon 636 prosessoru, 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya, 20 MP + 2 MP ön kamera və 12 MP + 5 MP arxa kamera ilə təchiz olunub. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 343$, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 379$ qiymətinə satılacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiyanın qiyməti barəsində isə heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)