
Xiaomi Redmi Pro Mini haqqında ilk məlumatlar sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Twitter-in Çin analoqu olan Weibo saytında hələki anonsu olmamış Xiaomi Redmi Pro Mini smartfonunun texniki göstəriciləri aşkar olunub.
Technote.az-ın "Weibo”a istinadən verdiyi xəbərə əsasən
Xiaomi Redmi Pro Mini 1920x1080 piksel keyfiyyətli 5.2 inç Full HD OLED ekran, Qualcomm
Snapdragon 652 prosessoru və 4000 mAh enerji tutumlu batareya ilə təchiz
olunacaq. Xiaomi Redmi Pro-dan fərqli olaraq Mini versiya ikili yox standart
kameralara sahib olacaq. Məlumata əsasən 3 GB RAM-lı (32 GB daxili yaddaş)
versiya $225, 4 GB RAM-lı (32 GB daxili yaddaş) versiya $255, 4 GB RAM-lı (128
GB daxili yaddaş) versiya isə $285 qiymətinə satılacaq.
Paylaş
Bənzər xəbərlər