main-post-cover

    Xiaomi sabah daha bir smart saatını təqdim edəcək

    Elm & Texnologiya
    25.10.2023
    Emil Nəcəfov
         Xiaomi şirkəti sabah növbəti təqdimat tədbirini keçirəcək. Sabahkı tədbirdə şirkət Xiaomi 14 smartfon seriyasını, Watch S3 smart saatını və HyperOS istifadəçi interfeysini təqdim edəcək. İndi isə məlum olub ki, Xiaomi sabah daha bir smart saatını təqdim edəcək. Söhbət, Xiaomi Wrist ECG Blood Pressure Recorder adlı smart saatdan gedir. Şirkət bu smart saatın tizer posterini təqdim edib.
         Məlumata əsasən Xiaomi Wrist ECG Blood Pressure Recorder-in əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, qan təzyiqini ölçə biləcək və Class II adlı tibbi sertifikatına sahib olacaq. Tizer posterdən də görmək olar ki, smart saat dairəvi formalı ekranı əldə edəcək və ekranın sağ hissəsində iki ədəd fiziki idarəetmə düyməsi yerləşəcək. Smart saatın kəməri özündə hava nasosu özəlliyini birləşdirəcək. Məhz bunun sayəsində smart saat qan təzyiqini ölçə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan bir gün qabaq Xiaomi 14-ün bəzi özəllikləri rəsmi şəkildə təqdim edilib
    teqdimatdan-bir-gun-qabaq-xiaomi-14-un-bezi-oze
    Redmi Note 13-ün qlobal versiyası köhnə prosessor ilə təchiz oluna bilər
    redmi-note-13-un-qlobal-versiyasi-kohne-prosessor-ile-techiz-oluna-biler
    Xiaomi Watch S3 smart saatı barəsində məlumatlar ortaya çıxıb
    xiaomi-watch-s3-smart-saati-baresinde-melumatlar-ortaya-cixib
    Xiaomi 14-ün ardınca Xiaomi 14 Pro da Geekbench testlərindən keçib
    xiaomi-14-un-ardinca-xiaomi-14-pro-da-geekbench-testlerinden-kecib
    Xiaomi 14 təqdimata az qalmış Geekbench testlərindən keçib
    xiaomi-14-teqdimata-az-qalmis-geekbench-testlerinden-kecib