main-post-cover

    Xiaomi şayiələrə görə 144 MP-lik kameraya malik smartfon hazırlayır

    Elm & Texnologiya
    15.05.2020
    Nijat Hamid
            Xiaomi şirkəti keçən ilin sonlarında dünyanın ilk 108 MP-lik kamerasına malik smartfonunu təqdim etmişdi. Bu il isə şirkət 144 MP-lik kameraya malik smartfon hazırlayır. Smartfon ekosistemində artıq Meqapiksel Müharibəsinin başladığını demək tam doğru olar. Şayiələrə görə bu smartfonda Snapdragon 865 çipseti istifadə ediləcək.

    Xiaomi bu smartfondan başqa 3 model üzərinə də fokuslanıb. Bunlardan birinin də Mi Mix 4 olduğu təxmin edilir.    

            Yeni smartfonun Mi 10S Pro olması gözlənilir. Lakin Mi Mix 2020 olaraq adlandırılması da təxmin edilir. Yenə olduğu kimi bu smartfonun da kamera sensorları Samsung tərəfindən istehsal ediləcək. Şayiələrdə bəhs edilən smartfonun 120 Hz tezlikli ekrana malik olacağı da vurğulanır. Digər diqqət çəkən bir nöqtə isə bu smartfonun 2020-nin sonlarında çıxmasının gözlənilməsidir. Belə olduğu halda Xiaomi Snapdragon 865 əvəzinə Snapdragon 875 çipsetini istifadə edə bilər. İstifadəçilər olaraq bizə sadəcə gözləmək qalır.
    Linki kopyala