main-post-cover

    Xiaomi şirkəti 1 ay ərzində 1 milyon ədəd Redmi Note 7 smartfonu sata bildi

    Elm & Texnologiya
    13.02.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti özünün yeni smartfon modeli olan Redmi Note 7-nin satış göstəriciləri barəsində məlumat verib. Bu barədə IThome saytı xəbər verib. Qeyd etmək lazımdır ki, hələ keçən ayın əvvəlində şirkət Redmi seriyasını şirkətin müstəqil brendinə çevirmişdi. Beləliklə şirkətin general direktoru Lei Jun-un verdiyi yeni məlumata əsasən 15 yanvar tarixindən 11 fevral tarixinə kimi şirkət Çində 1 milyon ədəd Redmi Note 7 smartfonu sata bilib. Bu, şirkət üçün çox yaxşı göstəricidir.

        Bu cür nailiyyətin əldə olunmasının əsas səbəbi isə Redmi Note 7 smartfon modelinin balanslaşdırılmış texniki göstəricilərə və aşağı qiymət gösstəricisinə sahib olmasıdır. Qeyd etmək lazımdır ki, Redmi Note 7 smartfonu Full HD+ keyfiyyətli 6.3 düym ekran (ekran üzərində V şəkilli çıxıntı hissəli), Snapdragon 660 prosessoru, 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, 48 MP-lik arxa kamera, 4000 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunub. Çində 3 GB RAM və 32 GB daxili yaddaş həcminə sahib Redmi Note 7 modeli 147$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər