Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzərində çalışır

Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzərində çalışır

Texnologiya
03.04.2020 PAYLAŞIM

    Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstəricisi 108 MP-dən yüksək olan yeni smartfon modeli üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən smartfon bazara Xiaomi Mi CC10 Pro və ya Xiaomi Mi 10S Pro (qlobal versiyada) adı ilə satışa çıxacaq. Smartfonun əsas özəlliyi isə ondan ibarət olacaq ki, o, 144 MP-lik arxa kamera sensoruna sahib olacaq.

    Hal hazırda mobil bazarda bu cür kamera sensoru yoxdur. Lakin bir sıra məlumatlara əsasən Samsung şirkəti artıq 144 MP-lik kamera sensoru üzərində çalışır. Sözügedən kamera sensorunun ölçüsü Samsung-un 108 MP-lik ISOCELL Bright HMX kamera sensorunun ölçüsündən daha böyük olacaq və 14 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir. Çox güman ki, onu bu ilin ikinci yarısından tez gözləmək lazım deyil.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei şirkəti 5G-nin işə salınmasını asanlaşdıran və ucuzlaşdıran yeni texnolog..

5G şəbəkə texnologiyası 3G və 4G şəbəkə texnologiyalarından yüksək sürət baxımından fərqlənir...


Xiaomi Mi Band 5 qolbağının rəsmi təqdimat tarixi elan edildi

Çinin WeChat sosial şəbəkəsindəki Xiaomi Mall adlı ictimai səhifəsində Xiaomi Mi Band 5 fitnes qolba..


Xiaomi, 6G və Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə ba..

Xiaomi şirkətinin rəsmilərinin verdikləri məlumata əsasən şirkət 6G və Peyk interneti kimi gələcəyin..


SpaceX yenə tarix yazdı: Şirkət uğurlu şəkildə astronavtları BKS-ə göndərdi (VİD..

 Uzun müddətdən sonra SpaceX şirkəti sonunda daxilində astronavtların olduğu Crew Dragon kosmik gəmi..


AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD şirkəti 10.nəsil Intel prosessorlarına yeni rəqiblər satışa çıxarır. Yeni Ryzen prosessorları tə..


Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxac..

Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikli..

×