main-post-cover

    Xiaomi şirkəti 64 MP'lik kameraya sahib Redmi smartfonundan danışdı

    Elm & Texnologiya
    07.08.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti bugün Pekində Future Image Technology Communication Meeting tədbirini keçirdib. Həmin tədbirdə şirkət özünün gələcək smartfon modellərinin kameralarından məlumat verib. Bu barədə IThome saytına istinadən Gagadget saytı xəbər verib. Tədbir çərçivəsində şirkət rəsmi olaraq təsdiq edib ki, o, 64 MP-lik Samsung ISOCELL Bright GW1 kamera moduluna sahib Redmi smartfonunu satışa çıxardacaq.

        Bu kamera sensoru əvvəlki modellərdən 38% böyük olan 1/1.7 düymlük ultraböyük ötürücüdən istifadə edir. Bununla yanaşı sözügedən kamera modulu 4 pikseli bir tam pikselə çevirmək özəlliyini, hibrid 3D HDR-ı, ağıllı ISOISOCELL Plus texnologiyasını əldə eidb. Bu texnologiya yüksək rəng ötürülməsini təmin edir və kamera modulunun həssaslığını 15% yüksəldir.

        Şirkət bu kamera moduluna sahib smartfonun nə zaman satışa çıxacağı barəsində məlumat verməyib. Lakin smartfon yaxın bir neçə ay ərzində təqdim olunmalıdır. Son məlumatlara əsasən bu, Redmi Note 8 smartfon modeli olacaq. Tədbirin sonunda şirkətin general direktoru olan Lin Bin Samsung şirkətinin 108 MP-lik kamera moduluna sahib olacaq smartfon modelinin tizerini təqdim edib. Bu smartfonun da nə zaman çıxacağı məlum deyil. Çox güman ki, bu, Mi Mix 4 flaqman modeli olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər