main-post-cover

    Xiaomi şirkəti arxa istiqamətə əyilən kameraya sahib smartfonun patentini əldə etdi

    Elm & Texnologiya
    18.03.2020
    Farid Pardashunas
        Xiaomi mühəndisləri elastiki elementlərə sahib smartfon dizaynları ilə təcrübə aparmağa davam edirlər. Beləliklə şirkətin yeni patentində əks olunmuş smartfonun sahib olduğu kamera həm arxa kamera həm də ön kamera rolunu oynayır. Bu cür özəlliyin mümkün olması isə smartfonun qeyri adi ekran konstruksiyası ilə əlaqəlidir. Bu barədə Gizchina saytı xəbər verib. Şirkətin patent sorğusunda əks olunmuş fotolardan da görmək olar ki, şirkət smartfonu arxaya əyilən ekran ilə təchiz etməyi təklif edir. Bu üsul ilə ön kamera modulları arxa kameralar rolunda çıxış edə biləcəklər. Şirkətin gələcəkdə bu cür smartfonu istehsal edib-etməyəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər