main-post-cover

    Xiaomi şirkəti CC9 adlı yeni smartfon üzərində çalışır

    Elm & Texnologiya
    17.06.2019
    Farid Pardashunas
        Məşhur hindistanlı insayder Mukul Sharma öz Twitter hesabında Xiaomi şirkətinin yeni smartfon modeli barəsində məlumat paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən şirkətin yeni smartfon modeli CC9 adını əldə edəcək. Çox qəribə bir ada bənzəsə də çox güman ki, bu, smartfonun kod adıdır və onun final versiyasının adı tamamilə başqa cür olacaq. Smartfon 8 nüvəli Snapdragon 730 prosessoruna sahib olacaq.
        Qeyd etmək lazımdır ki, Xiaomi Mi 9T (Redmi K20-nin qlobal versiyası) modeli də bu prosessor ilə təchiz olunur. Yeni smartfon həmçinin üzərində damcı formalı çıxıntı hissəyə sahib ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, 48 MP-lik arxa kamera (çox güman ki, üçlü arxa kamera olacaq) və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Əsas texniki göstəricilər baxımından Xiaomi CC9 modeli 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və Google Pay ödəniş sistemindən istifadə üçün NFC modul ilə təchiz olunacaq.
        Smartfon 360$-a satılacaq. İnsayder həmçinin smartfonun daha sadələşdirilmiş versiyası olan CC9e modeli barəsində də məlumat verib. Belə ki, sadələşdirilmiş versiya Snapdragon 710 prosessoru, kənar hissəyə yerləşdirilmiş barmaq izi skanı texnologiyası və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasına sahib batareya ilə təchiz olunacaq. Sadələşdirilmiş model 216$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər