main-post-cover

    Xiaomi şirkəti CC9 və CC9e smartfonlarının rəsmi təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    24.06.2019
    Emil Nəcəfov
        Keçən həftə Xiaomi şirkəti özünün yeni smartfon seriyası olan Xiaomi CC-ni anons etmişdi. Bugün isə şirkət bu seriyaya daxil olacaq ilk smartfon modelləri olan Xiaomi CC9 ilə Xiaomi CC9e-nin rəsmi təqdimat tarixini elan edib. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, şirkətin Weibo adlı sosial şəbəkədə paylaşdığı posterə əsasən bu yeni smartfon modelləri 2 iyul tarixində təqdim olunacaqlar. Təqdimat tədbiri Çində baş tutacaq. Onu da qeyd edək ki, biz bugün sözügedən smartfonların texniki göstərici və qiymətləri barəsində xəbəri və bu yeni seriyaya daxil olacaq tamamilə çərçivəsiz smartfon modeli barəsində xəbəri vermişik.
    Linki kopyala