main-post-cover

    Xiaomi şirkəti daha bir büdcəli smart qolbaq təqdim etməyə hazırlaşır

    Elm & Texnologiya
    20.11.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti hələ bu ilin iyun ayında Mi Band 4 smart fitnes qolbağı təqdim etmişdi. Lakin görünür, şirkət daha bir smart qolbaq modelini təqdim etməyə hazırlaşır. Belə ki, şirkətin Hindistan üzrə şöbəsi öz Twitter hesabında istifadəçi addımlarını ölçən hansısa məhsulu anons edib. Bu barədə GSMarena saytı xəbər verib. Daha sonra həmin səhifə yeni məhsula və 1 dekabr tarixində Hindistanın Banqalor şəhərində keçiriləcək RunWithMe adlı qaçış marafonuna həsr edilmiş posteri təqdim edib.
        Şirkət söz verib ki, marafonun finalistləri Mi Smart Band adlı məhsulu əldə edəcəklər. Bununla belə təqdim edilmiş poster məhsuldakı ‘i’ hərfinə xüsusi diqqət ayırır. İnsayderlər məlumat veriblər ki, şirkət həmin marafon çərçivəsində Mi Band 3i adlı yeni smart qolbaq modelini təqdim edəcək. Mi Band 3i modelinin Mi Band 4-dən nə ilə fərqlənəcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər