main-post-cover

    Xiaomi şirkəti daha bir qatlana bilən smartfon patentini əldə etdi

    Elm & Texnologiya
    12.12.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti özünün qatlana bilən smartfon prototipini hələ ilin əvvəlində sərgiləmişdi. Lakin şirkət hələ də belə bir smartfonu satışa çıxartmayıb. Buna baxmayaraq o, mütəmadi şəkildə müxtəlif qatlana bilən smartfon modellərinin patentlərini əldə edir. Belə ki, şirkətin yeni patent sorğusunda hərəkətli kameraya sahib qatlana bilən smartfon modeli əks olunub.
        Bu barədə Gizmochina saytı xəbər verib. Ortaya çıxmış yeni patent sorğusu hələ 2018-ci ilin ortasında göndərilmişdi. Lakin onun barəsində məlumat hələ indi aşkar edilib. Həmin patentdə üfüqi şəkildə ortadan qatlana bilən və tamamilə çərçivəsiz ekrana sahib smartfon əks edilib. Adi şəkildə istifadə zamanı smartfonun ön panelində heç bir ön kamera yoxdur.
        Ola bilər ki, bu smartfonda çevrilə bilən kamera tenxologiyasından istifadə edilsin. Maraqlı özəllik ondan ibarətdir ki, kamera hissəsinin yuxarısında içik əlavə ekran yerləşdirilib və həmin ekran smartfonun qatlanmış rejimində bildirişlərə baxmağa imkan verir. Bu cür smartfonun nə vaxtsa istehsal edilib-edilməyəcəyi barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər