main-post-cover

    Xiaomi şirkəti də Android Q adlı yeni əməliyyat sisteminin testinə start verib

    Elm & Texnologiya
    26.11.2018
    Farid Pardashunas
        Çoxlu sayda istifadəçi kütləsinin hələ Android 9.0 Pie əməliyyat sistemini əldə etmədiyi bir vaxtda artıq bir çox şirkətlər növbəti Android versiyasının testinə başlayıblar. Bir neçə müddət bundan öncə məşhur Geekbench bençmark saytında Android Q adlı yeni əməliyyat sisteminə sahib Pixel 3 XL smartfon modeli ortaya çıxmışdı. İndi isə bu cür testə həmçinin Xiaomi şirkəti də start verib. Belə ki, sözügedən saytda Android Q əməliyyat sisteminə sahib Xiaomi Mi8 SE modeli ortaya çıxıb.

        Qeyd etmək lazımdır ki, sözügedən smartfon modeli bu ilin əvvəlində satışa çıxmışdı və o, Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışırdı. Bu smartfon hələ heç Android 9.0 Pie əməliyyat sistemi yenilənməsini də əldə etməyib. Hələ ki, bu barədə nəsə nəticə çıxartmaq üçün çox tezdir. Çox güman ki, Google şirkəti yeni əməliyyat sisteminin test versiyasını əməkdaşlıq etdiyi şirkətlərə göndərib. Qeyd etmək lazımdır ki, bu il Android Pie əməliyyat sisteminin test versiyası Pixel smartfon modellərindən başqa həmçinin Xiaomi şirkətinin smartfonlarında da aparılırdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər