
Xiaomi şirkəti elastiki ekrana sahib yeni smart qolbağı patentləşdirib
Elm & Texnologiya
07.03.2022
Emil
Xiaomi şirkəti ənənəvi Mi Band-dan fərqlənən yeni smart qolbağı patentləşdirib. Patent sənədinə əsasən sözügedən smart qolbaq böyük ölçülü elastiki ekran ilə təchiz olunacaq və həmin ekran qolbağın gövdəsi boyunca uzanacaq. Gözləntilərə əsasən bu cür konstruksiya istifadəçinin smart qolbaqdan istifadə təcrübəsini daha üst səviyyəyə qaldıracaq. Patent fotolarına əsasən smart qolbağın ekranı gövdə radiusunun 1/3 hissəsi qədər uzanıb. Bundan əlavə olaraq görmək olar ki, qolbaq gövdəsində bərkidici mexanizm mövcuddur. Qeyd etmək lazımdır ki, şirkətin sözügedən patenti cihazın yalnız dizaynını əks etdirir. Cihazın texniki özəllikləri barəsində heç bir məlumat əks olunmayıb. Hal hazırda bu smart qolbaq yalnız kağız üzərində mövcuddur və Xiaomi şirkəti tərəfindən bu cür cihaz əvvəlcədən anons edilməyib. Xiaomi-nin bu cür smart qolbağının hansı adı əldə edəcəyi və nə zaman təqdim olunacağı bilinmir.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
