main-post-cover

    Xiaomi şirkəti hələ də Mi Mix 4 üzərində çalışır

    Elm & Texnologiya
    03.10.2019
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə Xiaomi şirkətinin top menecerlərindən biri olan Edward Bishop bildirmişdi ki, Mi Mix 4 smartfon modeli şirkət tərəfindən ləğv edilib. Lakin indi məlum olub ki, onun fikri tamamilə səhv başa düşülüb. Bu barədə IThome saytı xəbər verib. Öz yeni bəyanatında top menecer qeyd edib ki, onu səhv başa düşüblər.
        O sadəcə olaraq demək istəyib ki, smartfon barəsində fikir bildirmək istəmir. Belə ki, Mi Mix 4 hələ təqdim edilməyib. Onun sözlərinə əsasən Mi Mix 4 smartfonu mövcuddur. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Çindən olan bir şirkət Xiaomi-ni məhkəməyə verib Belə ki, həmin şirkətin adı sözügedən smartfonun adı ilə üst-üstə düşür. Ola bilər ki, smartfonun bu qədər gecikməsinin əsas səbəbi məhz budur.
        Məlumata əsasən Mi Mix 4 smartfonu tam çərçivəsiz ekran, Snapdragon 855 Plus prosessoru, 12 GB RAM, 1 TB daxili yaddaş həcmi, 108 MP-lik arxa kamera və 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.Mi Mi 4-ün təqdimat tarixi hələ də bilinmir.
    Linki kopyala