main-post-cover

    Xiaomi şirkəti Hercules kod adına sahib yeni flqman smartfon üzərində çalışır

    Elm & Texnologiya
    06.05.2019
    Emil Nəcəfov
        XDA-Developers saytının baş redaktoru Mishaal Rahman, Xiaomi şirkətinin yeni flaqman smartfon modeli barəsində bəzi məlumatları paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Onun verdiyi məlumata əsasən Xiaomi şirkətinin yeni flaqman smartfon modelinin kod adı Hercules-dir. Smartfon Xiaomi Mi9 modeli kimi Snapdragon 855 prosessoruna sahib olacaq.
        Yeni flaqman modeli həmçinin üçlü arxa kamera, bir ədəd ön kamera, Google Pay ödənişləri üçün NFC modul, və naqilsiz şarj texnologiyası ilə də təchiz olunacaq. Söhbətin hansı smartfon modelindən getdiyi barəsində heç bir məlumat verilməyib. Lakin güman etmək olar ki, bu, Xiaomi Mi Mix 4 modelidir. Yeni flaqman smartfon modelinin nə zaman təqdim olunacağı bilinmir.
        Yeni flaqman smartfon modelindən əlavə olaraq Mishaal Rahman həmçinin bildirib ki, Xiaomi şirkəti əlavə olaraq yeni 3 smartfon modeli üzərində çalışır. Onlar bamboo_sprout, cosmos_sproutpyxis kod adlarına sahibdirlər. Hər 3 smartfon modeli Snapdragon 710/712 prosessorları əsasında çalışacaq.
    Linki kopyala