main-post-cover

    Xiaomi şirkəti iki yeni flaqman smartfon üzərində çalışır

    Elm & Texnologiya
    19.04.2019
    Farid Pardashunas
        XDA-Developers saytının baş redaktoru Xiaomi şirkətinin iki yeni smartfon modeli barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş məlumatlara əsasən Xiaomi şirkəti RaphaelDavinci kod adlarına sahib iki yeni flaqman smartfon üzərində çalışır.
        Bu smartfonlar Snapdragon 855 prosessoru ilə təchiz olunacaqlar. Bununla yanaşı hər iki yeni flaqman smartfonu yuxarı hissənin daxilinə inteqrasiya edilmiş ön kameraya və ekrana quraşdırılmış optik barmaq izi skanı texnologiyasına sahib olacaq. Həmçinin məlumdur ki, tərtibatçılar Hindistan bazarı üçün bu smartfonlarda olacaq xüsusi MIUI interfeysinin testinə də start veriblər.

        Təəssüflər olsun ki, smartfonlar barəsində digər bir məlumat yoxdur. Raphael və Davinci kod adlarına sahib smartfonlar Xiaomi Mi9 Pro, Mi Mix 3s, Mi Mix 4 və ya Pocophone F2 ola bilərlər. Onu da qeyd etmək lazımdır ki, şirkət həmçinin Redmi brendinin flaqman smartfon modeli üəzrində də çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər