
Xiaomi şirkəti ilin sonuna kimi daha bir flaqman smartfon təqdim edə bilər
Elm & Texnologiya
25.10.2019
Emil
Bu il Xiaomi şirkəti flaqman göstəricilərə sahib bir sıra smartfon modeli təqdim edib. Onların arasında Mi9, Mi Mix Alpha, Redmi K20 Pro (Mi 9T Pro) modelləri var. Buna baxmayaraq şirkət bununla yetinən deyil və görünür, daha bir flaqman smartfon modelini təqdim etməyə hazırlaşır. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Mukul Sharma-nın verdiyi məlumata əsasən şirkət yeni flaqman smartfon modelini ilin sonuna kimi təqdim edə bilər.
Təəssüflər olsun ki, smartfon barəsində hansısa bir məlumat yoxdur. Lakin dəqiq şəkildə demək olar ki, bu, CC9 Pro smartfon modeli olmayacaq. CC9 Pro modelinin yaxşı texniki göstəricilərə sahib olacağı məlumatları yayılsa da onlar flaqman səviyyədə göstəricilər deyil. Ola bilər ki, söhbət, Xiaomi Mi Note 10 modelindən gedir. Son məlumatlara əsasən məhz bu smartfon flaqman model olacaq. Çox güman ki, Mi Note 10 Snapdragon 855 və ya Snapdragon 855 Plus prosessoru ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
