main-post-cover

    Xiaomi şirkəti IPO öncəsi 1 milyard dollar vəsait itirib

    Elm & Texnologiya
    12.06.2018
    Emil Nəcəfov
        Çinin smartfon istehsalçısı Xiaomi 1.09 milyard odllarlıq vəsait itkisindən xəbər verdi. Şirkət bu vəsaiti IPO öncəsi itirib. 2017-ci ildəki göstərici ilə müqayisədə bu itki o qədər də böyük deyil. Həmin vaxtda şirkət 6.85 milyard dollar vəsait itirmişdi. Şirkətin vəziyyəti getdikcə yaxşılaşmağa doğru gedir. Belə ki, 2018-ci ilin birinci rübü üçün onun təmiz gəliri 162 milyon dollar təşkil edib. Şirkət bütün keçən il ərzində isə 608 milyon dollar gəlir əldə etmişdi. 2018-ci ildə şirkətin smartfon satışları 88% yüksəlib. Bu əsasən xarici bazarlardakı satışların artması sayəsində baş verib.
        Beləliklə şirkət öz növbəsində gəlirini 5.3 milyard dollara kimi çatdırıb. Əvvəlki bütün il üzrə göstərici 17.8 milyard dollar təşkil etmişdi. Xiaomi hələki keçirdəcəyi IPO-da vəsait yığımının səbəbini və təqdim edəcək səhmlərinin sayını açıqlamır. Analitiklərin fikrincə IPO sayəsində şirkət 10 milyard dollar investisiya əldə edə bilər. Bunun olacağı halında sözügedən IPO son 4 ildə ən böyüyü olacaq. Maraqlısı ondadır ki, təqdim olunacaq səhmlərin 30%-i yalnız Çin bazarı üçün nəzərdə tutulacaq. Bizneslərinin smartfon satışları üzərində qurulmuş yalnız bir neçə İT şirkət real gəlir əldə edir. Onlardan ən əsasları Apple Samsung şirkətləridir. Digərlərinin işləri isə o qədər də yaxşı getmir.
    Linki kopyala