main-post-cover

    Xiaomi şirkəti kompakt ölçülərə sahib Mi SE smartfonlarını istehsal etməyəcək

    Elm & Texnologiya
    17.02.2020
    Farid Pardashunas
        Hər il Xiaomi şirkəti öz flaqman smartfon modellərinin sadələşdirilmiş versiyalarını təqdim edir və həmin smartfonlar SE seriyasına daxil olurlar. Lakin görünür, şirkət bu il sözügedən ənənədən imtina edəcək. Bu barədə IThome saytı xəbər verib. Adətən SE seriyasına daxil olan smartfon modelləri kompakt olurlar və standart modellərin sahib olduqları bir sıra funksiyalardan məhrumdurlar.
        Lakin bununla belə SE seriyasına daxil olan modellər həmçinin qiymət baxımından da ucuz olurlar. Məsələn 2018-ci ildə şirkət Xiaomi Mi 8 SE, 2019-cu ildə isə Xiaomi Mi 9 SE smartfon modellərini satışa çıxartmışdı. Bir neçə müddət bundan öncə Mi 10 flaqman smartfon seriyasının təqdim olunmasına baxmayaraq Mi 10 SE modelindən xəbər çıxmadı.
        Şirkətin proqram təminatı şöbəsinin rəhbəri olan Zhang Guoquan bildirib ki, Xiaomi Mi 10 SE modelini gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, keçən il şirkətin məhsullar üzrə direktoru Wang Teng Thomas da bu məsələ ilə bağlı fikirlərini söyləmişdi. Onun sözlərinə əsasən kompakt smartfonlar artıq özlərində bir çox funksiyaları birləşdirə bilmirlər. Bu isə o deməkdir ki, Mi 9 SE smartfon modeli Mi SE seriyasının sonuncu modeli ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər