Xiaomi şirkəti MIUI 12 istifadəçi interfeysini anons etdi

Xiaomi şirkəti MIUI 12 istifadəçi interfeysini anons etdi

Texnologiya
10.01.2020 PAYLAŞIM

    Keçən il Xiaomi şirkəti yenilənmiş istifadəçi interfeysi olan MIUI 11-i təqdim etmişdi. İl yeni başlasa da şirkət artıq MIUI 12-ni rəsmi şəkildə anons etdi. Bu barədə Gagadget saytı xəbər verib. Hələ keçən ilin oktyabr ayında Xiaomi-nin top menecerlərindən biri qeyd etmişdi ki, şirkət yeni MIUI versiyası üzərində çalışır. İndi isə istifadəçilər şirkət tərəfindən rəsmi anonsu əldə etdilər.

    Lakin təəssüflər olsun ki, şirkət MIUI 12 barəsində hələ heç bir məlumat vermədi. Görünür, şirkət, üzərində MIUI 12 yazısı olan qara arxa fonun kifayət edəcəyini düşündü. Gözləntilərə əsasən MIUI 12 bir sıra yeni funksiyaları və dizayn özəlliklərini işə salmaqla Xiaomi-nin istifadəçi interfeysinin 10 illiyini qeyd edəcək. Bir sıra məlumatara əsasən MIUI 12-də Xiaomi ümumi qlobal sistemi əhatə edəcək Dark Theme rejimini təqdim edəcək.


    Qeyd etmək lazımdır ki, şirkət sözügedən rejimi hələ MIUI 11-də təqdim etmişdi. Lakin buna baxmayaraq kənar tərtibatçılardan olan bir çox tətbiqlər bu rejimi dəstəkləmirlər. MIUI 11 öz növbəsində istifadəçilərə bir sıra yeniliklər gətirmişdi. Belə ki, istifadəçilər yeni şrift, yenilənmiş tətbiq ikonları və bildirişlər sistemi ilə bağlı yeni animasiyaları əldə etmişdilər. MIUI 12-nin istifadəçi interfeysinin 10 illiyini qeyd edəcəyini nəzərə alaraq söyləmək olar ki, həmin versiya istifadəçilərə daha çox yeniliklər gətirəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan ve..

Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə im..


Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz ü..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bi..


Google Chrome-da istifadəçilərin izlənməsi mərhələli şəkildə dayandırılacaq..

Yeni Google Chrome 89 brauzerinin əsas yeniliyi cookie fayllarını əvəzləyəcək FLoC texnologiyası olu..


Starship kosmik gəmisinin növbəti prototipinin testi qismən uğurla yekunlaşıb (V..

SpaceX-in Starship adlı kosmik gəmisinin növbəti prototipi sonunda 10 km yüksəkliyə qalxa və qəzasız..


Elon Musk Texas ştatında şəhər inşasını planlaşdırır

Elon Musk dəfələrlə Marsda şəhər inşa etmək planlarından danışıb.


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..

×