Logo
    main-post-cover

    Xiaomi şirkəti Mi 10-nun ilk partiyasını rekord müddətə satdı

        Dünən təqdim edilmiş Mi 10 flaqman smartfon seriyasının bugün Çində satışlarına start verildi. Sözügedən seriyaya daxil olan smartfon modellərinin yüksək qiymət göstəricilərinə baxmayaraq Mi 10-nun ilk partiyası yüksək sürətlə satıldı. Bu barədə Mydrivers saytı xəbər verib. Şirkət ilk öncə sifariş edən zaman 14$ depozit yerləşdirən ciddi alıcılara öz diqqətini cəmləyib.
        Buna baxmayaraq satışlara start veriləndən 1 dəqiqə sonra Mi 10-nun ilk partiyası tamamilə satılıb. Qeyd etmək lazımdır ki, ilk partiyaya 50.000 ədəd smartfon daxil olub. Beləliklə Xiaomi şirkəti 1 dəqiqə ərzində 28.6 milyon dollar gəlir əldə edib. Məlumata əsasən Mi 10-nun ikinci partiyası 18 fevral tarixində satışa çıxacaq. Həmin vaxtda həmçinin Mi 10 Pro modeli də satışa çıxacaq. Qeyd etmək lazımdır ki, adi Mi 10 modelinin qiyməti 573$-dan, Mi 10 Pro modelinin qiyməti isə 716$-dan başlayır.
    Paylaş
    Bənzər xəbərlər