main-post-cover

    Xiaomi şirkəti Mi 10S smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    09.03.2020
    Farid Pardashunas
        Xiaomi şirkəti fevral ayının ortasında Mi 10 Mi 10 Pro flaqman smartfon modellərini təqdim etmişdi. Lakin görünür, şirkət bu seriyaya daxil olacaq daha bir smartfon üzərində çalışır. Belə ki, Digital Chat Station ləqəbli çinli sayderin verdiyi məlumata əsasən şirkət hal hazırda Mi 10S smartfon modeli üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib.
        Məlumatda qeyd edilib ki, sözügedən smartfon bu ilin ikinci rübündə təqdim olunmalıdır. Onun barəsində məlumat demək olar yoxdur. Lakin dəqiq olan odur ki, Mi 10S 5G dəstəkli Snapdragon 865 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon daha böyük ölçülü ekrana sahib olmalıdır. Onu da qeyd etmək lazımdır ki, şirkət Mi 10 seriyasının qlobal versiyasının təqdimatına hazırlaşır və təqdimat tədbiri 27 mart tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər