main-post-cover

    Xiaomi şirkəti Mi 8 modelinin büdcəli və təkmilləşdirilmiş versiyalarını hazırlayır

    Elm & Texnologiya
    03.07.2018
    Farid Pardashunas
        31 May tarixində Xiaomi şirkəti Mi 8 smartfonunu təqdim etmişdi. Həmin təqdimatda şirkət sözügedən smartfon modelinin 3 versiyasını tanıtmışdı. Onlar öz aralarında yalnız daxili yaddaş həcmləri ilə fərqlənirdilər. İndi isə internetdə yayılmış məlumata əsasən şirkət bu smartfonun 2 təkmilləşdirilmiş versiyasını hazırlayır və onlar da öz aralarında daxili yaddaş həcmləri ilə fərqlənəcəklər. Bununla yanaşı hazırlanan iki versiya smartfondan biri Mi 8-in büdcəli veriyası olacaq və istifadəçi üzünün skan texnologiyası ilə təchiz olunacaq. Mi 8 smartfonu yalnız 6 GB RAM ilə təchiz olunurdu.
        Lakin Çinin TENAA komissiyasında olan məlumatlara əsasən yenilənmiş Mi 8 modellərindən biri 4 GB RAM digəri isə 8 GB RAM ilə təchiz olunacaq. Güman olunur ki, büdcəli versiyanın qiyməti 375$-dan aşağı olacaq. Aşağı həcmli RAM prosessorun iş gücünə və keyfiyyətli fotoların əldə olunmasına təsir etməyəcək. Lakin həmin versiya büdcəli smartfon həvəskarlarını qane edəcək. Qeyd etmək lazımdır ki, 6 GB RAM-a sahib Mi 8 64/128/256 GB daxili yaddaş ilə təchiz olunurdu. Çətin ki, yenilənmiş modellər bu cür yaddaş həcmlərinə sahib olsunlar. Güman olunur ki, 4 GB RAM-a sahib olacaq model 64 GB daxili yaddaş, 8 GB RAM-a sahib olacaq model isə 256 GB daxili yaddaş ilə təchiz olunacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər