main-post-cover

    Xiaomi şirkəti Mi 9T adlı flaqman smartfon üzərində çalışır

    Elm & Texnologiya
    22.05.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti Mi 9, Mi 9 SE, Mi 9 Explorer Edition modellərindən əlavə olaraq həmçinin Mi 9T adlı flaqman smartfon modeli üzərində də çalışır. Bu barədə Dealntech saytına istinadən Gagadget saytı xəbər verib. Sözügedən smartfon Tayvanın, Taylandın, Sinqapurun sertifikatlaşdırma agentliklərində və Avrasiya iqtisadi komissiyasında M1903F10G model nömrəsi ilə qeydiyyatdan keçib.

        Sənədlərdə bu smartfonun texniki göstəriciləri barəsində məlumat yoxdur. Lakin bəzi məlumatlara əsasən bu, Mi 9 Explorer Edition modelinin qlobal versiyasıdır və şəffaf arxa panelə sahib Mi 8 Pro-nun davamçısıdır. Qeyd etmək lazımdır ki, Mi 9 Explorer Edition flaqman modeli Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, 12 GB RAM, 48 MP-lik üçlü arxa kamera və 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər