main-post-cover

    Xiaomi şirkəti Mi Mix 3 flaqman smartfonunun satışlarını dayandırıb

    Elm & Texnologiya
    17.03.2020
    Emil Nəcəfov
        2018-ci ildə Xiaomi şirkəti slayder formatında hazırlanmış Mi Mix 3 flaqman smartfonunu satışa çıxartmışdı. 2019-cu ilin əvvəlində isə şirkət smartfonun 5G dəstəkli təkmilləşdirilmiş versiyasını satışa çıxartdı. Lakin görünür, həmin smartfonla da vidalaşmaq zamanı gəlib çatıb. Smartfonun satışının dayandırılmasının əsas sübutu onun Xiaomi rəsmi saytından yoxa çıxmasıdır.
        Buna baxmayaraq Mi Mix 3-ün Forbidden City adlı versiyası hələ də satışda qalır. Görünür, Xiaomi şirkəti həqiqətən də Mi Mix 3-ün istehsal və satışlarını dayandırmaq qərarını verib. Belə ki, şirkətin daha ucuz qiymətə olan digər flaqman modelləri var. Qeyd etmək lazımdır ki, Mi Mix 3-ün davamçısı hələ də təqdim olunmayıb. Lakin buna baxmayaraq Xiaomi keçən il Mi Mix Alpha adlı konseptual smartfonu təqdim etmişdi. Həmin smartfonun gövdəsinin 180.6%-ni ekran əhatə edir. Bu il Xiaomi-nin Mi Mix 4-ü təqdim edib-etməyəcəyi bilinmir.
    Linki kopyala