
Xiaomi şirkəti Mi Mix 4 flaqman smartfon modelinin təqdimatı üçün hazırlıqlara start verib
Elm & Texnologiya
05.05.2020
Emil
Xiaomi Mi Mix 3 smartfonu 2018-ci ilin sonunda təqdim olunmuşdu. 2019-cu ildə isə Mi Mix 3-ün davamçısı əvəzinə Xiaomi şirkəti Mi Mix Alpha adlı konseptual smartfon modelini təqdim etmişdi. Lakin Mi Mix Alpha hələ də satışa çıxmayıb. İndi isə insayderlər xəbər veriblər ki, bu il şirkət Mi Mix seriyasının yeni modelini satışa çıxardacaq.
Bu barədə Gizmochina saytı xəbər verib. Belə ki, şirkət gözlənilmədən Çinin Weibo sosial şəbəkəsində Xiaomi MIX Weibo adlı səhifə yaradıb. Baxmayaraq ki, şirkətin daha öncədən bu cür ada sahib səhifəsi var idi, o çoxdan bəri yenilənmirdi. Ice Universe ləqəbli məşhur insayder qeyd edib ki, şirkət yaxın zamanda yeni Mi Mix flaqman smartfon modelini təqdim etməyə hazırlaşır.

Məlumata əsasən yeni Mi Mix modeli paslanmaz polad materialdan hazırlanmış gövdəyə sahib olacaq. Bundan əlavə olaraq smartfon 120 Hz təsvir yenilənməli və 2K keyfiyyətli ekran və sürətli naqilsiz şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
