Xiaomi şirkəti Mi Mix Alpha-nın qatlana bilən alternativinin patentini aldı

Xiaomi şirkəti Mi Mix Alpha-nın qatlana bilən alternativinin patentini aldı

Texnologiya
21.11.2019 PAYLAŞIM

    Xiaomi şirkəti hələ bu ilin əvvəlində öz ilk qatalana bilən smartfon modelinin prototipini sərgiləmişdi. Lakin nəticədə həmin smartfon satışa çıxmadı. Yeni məlumat sızıntısına əsasən isə qatlana bilən smartfon modelinin satışa çıxmasının təxirə salınması onun dizayn dəyişikliyi ilə əlaqəli ola bilər. Belə ki, şirkətin yen patentində əks olunmuş cihaz sentyabr ayının sonunda təqdim edilmiş Mi Mix Alpha modelinin qatlana bilən alternativini xatırladır. Bu barədə GSMarena saytı xəbər verib.

    Şirkətin yeni patentində əks olunmuş smartfonun ekranı iki xətt üzrə qatlanmaya sahibdir. Lakin bu ilin əvvəlində sərgilənmiş prototipdən fərqli olaraq yeni smartfon assimetrik şəkildə qatlanır. Patentdəki cihazın daha bir özəlliyi ondan ibarətdir ki, onun kənar çərçivələrindən birində şaquli şəkildə yerləşdirilmiş 4 kamera var.

    Nəzərə alsaq ki, smartfon müxtəlif istiqamətlərdə qatlana bilir, həmin kameralar həm arxa həm də ön kameralar funksiyasını daşıyırlar. Patent fotolarında barmaq izi skanı texnologiyası əks olunmayıb. Bu isə o deməkdir ki, həmin texnologiya smartfon ekranına inteqrasiya ediləcək. Smartfonun texniki göstəriciləri barəsində bir məlumat yoxdur. Bəzi məlumatlara əsasən şirkət öz ilk qatlana bilən smartfon modelini gələn ilin ikinci rübündə təqdim etməyi planlaşdırır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu

Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy..


ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq..

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər.


Smartfon bazarının lideri Samsung-dur: Lakin Huawei öz rəqibinə artıq çox yaxınd..

2019-cu il hələ sona çatmasa da Strategy Analytics şirkəti bu ilin yekun nəticələri vasitəsilə smart..


Kirin 990-dan 50% daha güclü: Huawei Kirin 1020 prosessoru barəsində ilkin məlum..

Baxmayaraq ki, Huawei şirkətinin Kirin 990 prosessoru hələ sentyabr ayında təqdim edilmişdi, artıq o..


Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür..

Windows 10 əməliyyat sisteminin Your Phone tətbiqi vasitəsilə artıq Android telefonlara gələn zənglə..


Uşaqların təhlükəsizlikləri üçün olan funksiya iOS 13.3-də düzgün çalışmır..

Apple şirkəti dəfələrlə iOS əməliyyat sisteminin təhlükəsizliyi barəsində danışıb.