main-post-cover

    Xiaomi şirkəti Mi Note 10 və Mi Note 10 Pro modellərinin təqdimatlarına hazırlaşır

    Elm & Texnologiya
    27.10.2019
    Farid Pardashunas
        Hələ bu ilin iyun ayında Xiaomi şirkəti bildirmişdi ki, bu il Mi Note seriyasının yeni smartfon modellərini gözləmək lazım deyil. Lakin görünür, şirkət sonradan öz fikrini dəyişdi. Şirkət hətta bir neçə Mi Note modelinin təqdimatına hazırlaşır: Mi Note 10Mi Note 10 Pro. Bu barədə Mysmartprice saytı xəbər verib. Sözügedən smartfonlar Taylandın telekommunikasiya agentliyində və Avrasiya iqtisadi komissiyasında qeydiyyatdan keçiblər.
        Beləliklə Mi Note 10 modeli M1910F4G kod nömrəsini, Mi Note 10 Pro modeli isə M1910F4S kod nömrəsini əldə edib. Smartfonlar ya Snapdragon 855 ya da Snapdragon 855 Plus prosessoru ilə təchiz olunmalıdırlar. Bundan əlavə olaraq onlarda 108 MP-lik arxa kameranın da olacağı güman edilir. Bəzi məlumatlara əsasən Mi Note seriyasının yeni modelləri təqdim olunacaq CC9 Pro modelinin qlobal bazar üçün nəzərdə tutulmuş versiyaları ola bilərlər. Çox güman ki, yeni smartfonlar gələn həftə təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər