main-post-cover

    Xiaomi şirkəti Mi Note 10 və Mi Note 10 Pro smartfonlarını təqdim etdi - QİYMƏTİ

    Elm & Texnologiya
    06.11.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti Avropada keçirilmiş təqdimat tədbiri çərivəsində Mi Note 10Mi Note 10 Pro smartfon modellərini təqdim etdi. Bu smartfonlar dünən təqdim edilmiş CC9 Pro modelinin qlobal versiyalarıdır. Təqdim edilmiş yeni smartfonlar öz aralarında o qədər də fərqlənmirlər. Tək fərq RAM ilə daxili yaddaş göstəricisindədir. Mi Note 10 modeli biri 108 MP-lik olmaqla 5 arxa kamera modulunu, böyük həcmli batareyanı və NFC modulu əldə edib.
        Smartfonda olan kameralar yüksək keyfiyyətli və detallı fotoların çəkilməsi imkanını verir. Bundan əlavə olaraq Mi Note 10 dünyada ilk smartfondur ki, iki ədəd teleobyektiv ilə təchiz olunub və həmin teleobyektivlər 2 qat və 5 qat optik zoom-u, 10 qat hibrid zoom-u, 50 qat rəqəmsal zoom-u təmin edirlər. Bundan əlavə olaraq Mi Note 10 dünyada yeganə smartfondur ki, 1.5 santimetr məsafədən obyektə fokuslanaraq makrofotolar çəkməyi bacarır.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Full HD+ keyfiyyətli 6.47 düym AMOLED ekran, Snapdragon 730G prosessoru, Adreno 618 qrafik çipi, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 20 MP + 12 MP + 5 MP + 2 MP 5 arxa kamera, 32 MP-lik ön kamera, 30 vatt gücündə sürətli şarj texnologiyalı 5260 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.
        Smartfon MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib Mi Note 10 modeli 549 avroya, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib Mi Note 10 Pro modeli isə 649 avroya satılacaq. Smartfonlar 11 noyabr tarixində ilk öncə Almaniyada, daha sonra isə digər bazarlarda satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər