main-post-cover

    Xiaomi şirkəti Mi Watch smart saatının hansı özəlliklərə sahib olacağını sərgilədi

    Elm & Texnologiya
    31.10.2019
    Farid Pardashunas
        Təqdimata 1 həftə qalmış Xiaomi şirkəti Mi Watch smart saatına olan marağı artırmağa davam edir. Beləliklə şirkət təqdimatdan öncə smart saatın hansı özəlliklərə sahib olacağını göstərib. Bu barədə 4pda saytı xəbər verib. Şirkətin təqdim etmiş olduğu tizer fotolarda Mi Watch-un funksionallığını artıracaq tətbiqlər əks olunublar.
    Xiaomi Mi Watch
        Beləliklə Mi Watch-un özəllikləri arasında sürətli mətn çapı, radio tətbiqi, musiqi player, səhm qiymətlərinin və valyuta məzənnələrinin monitorinqini həyata keçirəcək tətbiq var. Bununla yanaşı smart saat həmçinin səyahət etməyi sevən insanlar üçün xüsusi tətbiqə də sahib olacaq.
        Təbii ki, digər smart saat modelləri kimi Mi Watch da fiziki aktivliyi təyin edən və idman üçün nəzərdə tutulmuş tətbiqləri özündə birləşdirəcək. Onu da qeyd etmək lazımdır ki, Mi Watch-u kontaktsız ödənişlərdə də istifadə etmək mümkün olacaq. Belə ki, smart saat NFC modul ilə təchiz olunacaq. Smart saatın təqdimatı 5 noyabr tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər