main-post-cover

    Xiaomi şirkəti MIUI 11 interfeysinin hazırlanmasına start verib

    Elm & Texnologiya
    11.01.2019
    Farid Pardashunas
        Redmi Note 7-nin təqdimatından sonra Xiaomi şirkəti hər il keçirilən MIUI Core Experience tədbirində MIUI 11 interfeysinin hazırlanmasını anons edib. Bu barədə Mydrivers.com saytı xəbər verib. MIUI 11 üçün tərtibatçılar “yeni unikal əməliyyat sistemi” sloqanını seçiblər. Müqayisə üçün qeyd etmək lazımdır ki, MIUI 9 interfeysi sürətli sistem kimi qələmə verilmişdi. MIUI 10 interfeysinda isə əsas diqqət jestlərlə idarəetmə sisteminə və süni zəka texnologiyasına sahib genişekranlı istifadəçi interfeysinə yönəlmişdi.

        Çox güman ki, MIUI 11-də şirkət əsas diqqəti əyilə bilən smartfonlara ayıracaq. Son yarım il ərzində MIUI 10 interfeysini Xiaomi şirkətinin 30-dan çox smartfon modeli əldə etdi. Onların arasında 2016-cı ildə satışa çıxmış flaqman smartfon modelləri də var. MIUI 11 interfeysinin nə zaman çıxacağı barəsində hələki heç bir məlumat yoxdur. Bunun üçün minimum bir neçə ay gözləmək lazım gələcək. MIUI 10 keçən ilin may ayında təqdim olunmuşdu. MIUI 9-un rəsmi təqdimatı isə 2017-ci ilin iyul ayında baş tutmuşdu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər