main-post-cover

    Xiaomi şirkəti MIUI'dəki reklam elanlarının gələcəyindən danışdı

    Elm & Texnologiya
    05.08.2019
    Farid Pardashunas
        Xiaomi smartfonlarının istifadəçiləri artıq uzun müddətdir ki, MIUI istifadəçi interfeysində reklamların ortaya çıxmasından şikayətlənirlər. Şirkət isə bu ilin əvvəlindən bu məsələnin həll edilməsini söz verir. Beləliklə şirkət bu mövzu ilə əlaqədar yeni bəyanat verib və söz verib ki, növbəti dəyişikliklərdə sistem daha stabil çalışacaq. Bu barədə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib.
        MIUI interfeysində reklamların yerləşdirilməsi minlərlə isifadəçilərin mənfi rəylərinə tuş gəldi. Bu səbəbdən şirkət reklam elanlarının göstərilməsi üçün nəzərdə tutulmuş alqoritmin işinə yenidən nəzər yetirməli və sistemin işinin stabilliyini yüksəltməli oldu. Daha öncə şirkət təmsilçiləri bildirmişdilər ki, sistemə bu cür dəyişikliklərin əlavə olunması üçün 3 aya yaxın vaxt lazım olacaq. Lakin istifadəçilərin davamlı mənfi rəylərini nəzərə alan tərtibatçılar bu prosesi sürətləndirmək qərarını verdilər.

        Xiaomi-nin məhsullar üzrə və MIUI Experience şöbəsi üzrə general direktoru Çinin Weibo sosial şəbəkəsində istifadəçilər ilə söhbət edərkən bildirib ki, şirkət reklam elanlarının saylarının aşağı salınması ilə yanaşı həmin reklam elanlarının göstərilməsi üçün nəzərdə tutulmuş alqoritmin iş prosesini də dəyişəcək. Belə ki, şirkət istifadəçiləri narahat edən lazımsız bildirişlərdən azad edəcək və reklam elanlarını istifadəçilərin maraqları üzrə təqdim edəcək. Bundan əlavə olaraq MIUI interfeysinə bir düyməyə klik etməklə reklamları deaktiv etmək funksiyası əlavə olunacaq. Şirkət minimum reklam elanlarına sahib stabil MIUI interfeysini yaxın aylarda təqdim etməyi söz verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər