main-post-cover

    Xiaomi şirkəti özünün ilk qatana bilən smartfon modelinin patentini əldə etdi

    Elm & Texnologiya
    14.08.2019
    Farid Pardashunas
        Bu ilin əvvəlində Xiaomi şirkətinin prezidenti Lin Bin qatlana bilən smartfon modelinin prototipini sərgiləmişdi. Daha sonra o bildirmişdi ki, şirkət öz ilk qatlana bilən smartfon modelini o zaman təqdim edəcək ki, həmin smartfonun qatlanma konsepsiyaları bir sıra testlərdən keçsin. İndi isə Avropa Birliyinin intellektual mülkiyyət üzrə agentliyi şirkətə qatlana bilən smartfon modelinin petentini təqdim edib.

        Həmin patentdə əks olunmuş sxematik fotolar isə ortaya çıxıb. Bu barədə 91mobiles saytına istinadən 4pda saytı xəbər verib. Bu smartfonun daha öncədən təqdim edilmiş dizaynı patentdə əks olunmuş sxematik fotolar ilə üst-üstə düşür. Belə ki, Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modeli iki hissədə qatlana biləcək. Qatlanmış vəziyyətdə cihaz ön paneldən bir ədəd ekrana sahib olacaq.

        Əlavə iki ekran isə cihazın kənarlarına yerləşdiriləcək. Patentdəki sxem fotolarında həmçinin smartfonun əsas kamerası da əks olunub. Beləliklə fotolardan da görmək olar ki, smartfon üçlü arxa kamera moduluna sahibdir və o, smartfonun arxa panelinin düz mərkəzində yerləşir. Təqdim olunmuş fotolardan ön kameranın harda yerləşdiyini söyləmək çətindir. Bir sıra məlumatlara əsasən şirkət Dual Flex və ya Mix Flex adına sahib qatlana bilən smartfon modelini artıq bu ilin sonuna kim təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər