
Xiaomi şirkəti Pad 6 Max adlı böyük ölçülü planşet üzərində çalışır
Elm & Texnologiya
04.07.2023
Emil
Bir neçə müddət bundan öncə Xiaomi Pad 5 planşet seriyasını təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə Pad 6 seriyası üzərində çalışmağa başlayıb. Gözləntilərə əsasən seriyaya adi Pad 6 ilə yanaşı həmçinin Pad 6 Pro da daxil olacaq. Lakin verilmiş yeni məlumata əsasən Xiaomi Pad 6 seriyasında daha bir model üzərində çalışır. Söhbət, Xiaomi Pad 6 Max-dan gedir. Planşetin adında Max sözü olduğundan güman etmək olar ki, onun böyük ölçülü gövdəsi olacaq. Bir qayda olaraq planşet böyük ölçülü ekran ilə təchiz olunmalıdır. Gözləntilərə əsasən Xiaomi Pad 6 Max modeli 12 və 14 düym arasında bir ekran ölçüsünü əldə edəcək. Xiaomi Pad 6 planşet seriyasının nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər