main-post-cover

    Xiaomi şirkəti Poco brendindən imtina etməyəcək

    Elm & Texnologiya
    31.07.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti Redmi brendini üstün tutaraq Poco brendindən imtina edə bilər. Bu cür ehtimalın olacağı heç də istisna deyildi. Çünki Poco brendinin Pocophone F1 adlı smartfon modeli 1 il bundan öncə satışa çıxmışdı və həmin vaxtdan bəri bu brend yeni smartfon modeli təqdim etməyib. Lakin Poco brendinin təmsilçilərindən biri bu məlumatı təkzib edib. Bu barədə Gagadget saytı xəbər verib.
        Poco brendinin təmsilçisinin sözlərinə əsasən Poco Xiaomi şirkətindən tam müstəqil şəkildə fəaliyyət göstərir və Xiaomi bu brendin işlərinə qarışmır. Faktiki olaraq Poco ilə Xiaomi-ni sadəcə olaraq logistika və texniki dəstək servisi birləşdirir. Buna görə də heç kim Poco-nu Redmi ilə əvəz etməyi düşünmür. Buna baxmayaraq yaxın zamanda Pocophone F2 smartfon modelinin işıq üzü görəcəyinə ümid etmək lazım deyil.
        Belə ki, Poco brendinin komandası o qədər də böyük deyil və o hal hazırda Pocophone F1 modelinin təkmilləşdirilməsi ilə məşğul olur. Məsələn bir neçə gün bundan öncə Pocophone F1 istifadəçiləri MIUI 10.3.6.0 yenilənməsini əldə etdilər. Ən yaxşı halda Pocophone F2 modeli bu ilin sonunda, çox güman ki, isə gələn il satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər