Logo
    main-post-cover

    Xiaomi şirkəti Poco F1 smartfon modelinin istehsalını və satışlarını dayandırır

        Poco X2-nin təqdimatından sonra Xiaomi şirkəti Poco F1 smartfon modelinin aqibəti barəsində məlumat verdi. Belə ki, şirkətin general meneceri India Today saytının jurnalistlərinə müsahibə verən zaman Poco F1-in aqibəti barəsində danışıb. Onun sözlərinə əsasən şirkət Poco F1 smartfonunun satışlarını və istehsalını dayandırır. Bunun dəqiq səbəbini menecer qeyd etməyib. Lakin o qeyd edib ki, Qualcomm şirkəti artıq Snapdragon 845 prosessorunu istehsal etməyəcək.
        Qeyd etmək lazımdır ki, Poco F1 smartfonu məhz Snapdraogn 845 prosessoru ilə təchiz olunurdu. Poco F1 2018-ci ildə 300$ qiymətində satışa çıxmışdı. Sözügedən smartfon 6.18 düym IPS LCD ekran, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, 12 MP + 5 MP ikili arxa kamera və 4000 mAh enerji tutumlu batareya təchiz olunurdu. Satışa çxıan zaman smartfon Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışırdı. Lakin sonradan o, Android 9 Pie və bir neçə həftə bundan sonra Android 10 dəstəyini əldə etdi.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi şirkəti Poco F1 smartfon modelinin istehsalını və satışlarını dayandırır | Technote