Logo
    Xiaomi şirkəti Pocophone F1 Lite smartfonu üzərində çalışır

    Xiaomi şirkəti Pocophone F1 Lite smartfonu üzərində çalışır

      Görünür, Xiaomi şirkəti Pocophone F1 smartfonunun daha sadələşdirilmiş versiyasını satışa çıxartmağı qərarlaşdırıb. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Poco F1 Lite adlı smartfon modeli məşhur Geekbench bençmark saytında aşkar edilib. Beləliklə Geekbench məlumatlarına əsasən adi Pocophone F1 modelindən fərqli olaraq Poco F1 Lite modeli 8 nüvəli Snapdragon 660 prosessoruna sahibdir. Bundan əlavə olaraq Geekbench testindən keçmiş model həmçinin 4 GB RAM-a və Android Pie əməliyyat sisteminə sahibdir. Beləliklə smartfon birnüvəli testdə 1341 xal, çoxnüvəli testdə isə 4830 xal toplayıb. Bu isə Snapdragon 660 prosessoru üçün standart göstəricilərdir. Təəssüflər olsun ki, smartfonun digər texniki göstəriciləri və təqdimat tarixi barəsində heç bir məlumat yoxdur.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...