main-post-cover

    Xiaomi şirkəti Redmi brendinə görə Pocophone smartfon seriyasından imtina edə bilər

    Elm & Texnologiya
    23.07.2019
    Farid Pardashunas
        Keçən ilin avqust ayında Xiaomi şirkəti POCO adlı ayrıca brend yaratmışdı. Lakin demək olar ki, artıq 1 il keçib və bu brend sadəcə olaraq 1 ədəd smartfon istehsal edib. Söhbət, Pocophone F1 modelindən gedir. Həmin smartfon bu brendin yaradılmasından bir neçə müddət sonra təqdim olunmuşdu. Lakin Pocophone F2 modelini gözləmək lazımdırmı? IDC şirkətinin analitiki olan Navkendar Singh-in proqnozuna əsasən yaxın zamanda POCO brendi bağlanacaq.
        Bunun əsas səbəbi isə hələ bu ilin əvvəlindən müstəqil brend kimi fəaliyyətə başlamış Redmi-dir. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib. Məsələ burasındadır ki, vaxtı ikən Pocophone F1 yüksək texniki göstəricilərə və aşağı qiymətə sahib əla variant idi. İndi isə bu özəlliyi Redmi K20 smartfon seriyası görür. İstifadəçi yüksək texniki göstəricilərə sahib smartfon istəsə o, Redmi K20 Pro modelini, orta səviyyəli texniki göstəricilərə sahib smartfon istəsə adi Redmi K20 modelini seçə bilər.
        Xiaomi şirkətinin daxilində müstəqil şəkildə fəaliyyət göstərən iki brendin bir-biri ilə rəqabəti isə satışlara mənfi təsir göstərə bilər. “Hal hazırda öz aqressiv qiymət siyasəti, flaqman göstəriciləri və dizaynı ilə fərqlənən K seriyasının mövcudluğu səbəbilə POCO brendinin varlığı şübhə altında qalır” - deyə analitik qeyd edib. Bununla yanaşı olaraq sadəcə olaraq Redmi ilə POCO brendlərinin hər birinin nə qədər smartfon modeli istehsal etdiklərinə fikir vermək kifayətdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər