main-post-cover

    Xiaomi şirkəti Redmi brendinin flaqman smartfonunun ilk tizer fotosunu təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    29.04.2019
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə Xiaomi şirkətinin direktorlarından biri yeni smartfon modelinin anonsuna işarə etmişdi. Bugün isə Çinin Weibo adlı sosial şəbəkəsində hansısa smartfon modelinin tizer videosu və fotosu ortaya çıxıb. Bu, Redmi brendinin flaqman smartfon modelidir və o, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kameraya sahibdir. Smartfonun reklam videosunda cihaz Avengers: Endgame filminin traileri ilə birlikdə əks olunub. Bu isə o deməkdir ki, çox güman ki, smartfonun xüsusi versiyası da olacaq.

        Xiaomi şirkətinin Hindistan üzrə şöbəsinin rəhbərinin Snapdragon 730 prosessorlu smartfondan, Redmi brendinin rəhbərinin isə Snapdragon 855 prosessorlu smartfondan danışmasını nəzərə alsaq, güman etmək olar ki, yeni smartfon modeli iki versiyada satışa çıxacaq. Onlardan birincisini isə yaxın 2 həftə ərzində təqdim etməlidirlər. Smartfon 4000 mAh enerji tutumlu batareya, 48 MP-lik ikili və ya üçlü arxa kamera və Google Pay ödənişləri üçün NFC çip ilə təchiz olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər