main-post-cover

    Xiaomi şirkəti Redmi Go adlı aşağı büdcəli smartfon üzərində çalışır

    Elm & Texnologiya
    20.12.2018
    Farid Pardashunas
        Görünür, Xiaomi şirkəti aşağı büdcəli smatfonların istehsal edilməsində maraqlıdır. Belə ki, şirkət özünün Redmi Go adlı ən ucuz smartfon modeli üzərində çalışır. Smartfonun adı Sinqapurun IMDA adlı nizamlayıcı orqanı sayəsində məlum olub. Qeyd etmək lazımdır ki, Xiaomi Redmi Go smartfonu hələ bir neçə həftə bundan öncə ABŞ-ın FCC sertifikatlaşdırılmasından keçmişdi və üstəlik Avrasiya İqtisadi Komissiyasının məlumatlar bazasında ortaya çıxmışdı.

        Həmin vaxtda smartfonun model indeksi məlum idi: M1903C3GG. İndeks nömrəsinin əvvəlində olan 19 rəqəminə əsasən demək olar ki, Redmi Go smartfonu şirkətin gələn ilki cihazlar seriyasına daxildir. Smartfonun adı isə onu göstərir ki, Redmi Go aşağı büdcəli smartfon modelləri üçün nəzərdə tutulmuş Android Go əməliyyat sistemi vasitəsilə çalışacaq. FCC məlumatlarında həmçinin qeyd olunub ki, sözügedən smartfon Redmi 6A büdcəli modelindən daha kompakt olacaq arxa kamera isə arxa panelin mərkəzində yerləşəcək. Çox güman ki, Redmi Go-nun təqdimatı gələn ilin əvvəlində baş tutacaq və onun qiyməti 100$ təşkil edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər