Xiaomi şirkəti rəsmi olaraq Mi A3 smartfonunu təqdim etdi

Xiaomi şirkəti rəsmi olaraq Mi A3 smartfonunu təqdim etdi

Texnologiya
17.07.2019 PAYLAŞIM

    Xiaomi şirkəti rəsmi olaraq İspaniyada Mi A3 smartfon modelini təqdim etdi. Bu smartfon Android One proqramı çərçivəsində hazırlanıb və təmiz Android əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun əsas özəllikləri sırasında kompakt gövdə, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, əsas kamera modulu 48 MP olan üçlü arxa kamera və böyük həcmli batareya var. Bu barədə 4pda saytı xəbər verib. Xiaomi Mi A3 modeli bir neçə müddət bundan öncə təqdim edilmiş Xiaomi CC9e smartfonu əsasında hazırlanıb. Smartfon HD+ keyfiyyətli 6.088 düym AMOLED ekran ilə təchiz olunub və ekranın üzərində Gorilla Glass 5 qoruyucu şüşəsi var.


    Əsas texniki göstəricilərə gəldikdə isə Xiaomi Mi A3 modeli 8 nüvəli Snapdragon 655 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqmalı Sony IMX586) + 8 MP (genişbucaqlı obyektiv) + 2 MP üçlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4030 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 64 GB daxili yaddaşa sahib model 249 avroya, 128 GB daxili yaddaşa sahib model isə 279 avroya satılacaq. Xiaomi Mi A3 24 iyul tarixində satışa çıxacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung Galaxy A51 və Galaxy A71 smartfonları təqdim olundular

Samsung şirkəti Galaxy A50-nin davamçıcı olan Galaxy A51-i və Galaxy A71 smartfon modellərini təqdim..


Google Chrome oğurlanmış istifadəçi şifrələri barəsində məlumat verə biləcək..

Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib və həmin versiya məlumat sızıntıları ..


Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdı..

Android əməliyyat sisteminin mütəmadi yenilənmələri smartfonun təhlükəsizliyini yaxşılaşdırır və bir..


Xiaomi Mi Mix 4-ün ilk Geekbench test nəticələri ortaya çıxdı

Xiaomi şirkəti artıq təsdiqləyib ki, o, yeni Mi Mix smartfon modeli üzərində çalışır.


Xiaomi şirkəti daha bir qatlana bilən smartfon patentini əldə etdi

Xiaomi şirkəti özünün qatlana bilən smartfon prototipini hələ ilin əvvəlində sərgiləmişdi. ..


108 Mp-lik kamera əjdahası Mi Note 10 qlobalda rəsmi olaraq satışa çıxır

İstifadə etdiyi kameralar ilə gündəm olan Mi Note 10 modeli Xiaomi tərəfindən qlobal satış üçün hazı..