
Xiaomi şirkəti rəsmi olaraq özünün Poco adlı subbrendini təqdim etdi
Elm & Texnologiya
11.08.2018
Emil
Xiaomi Poco adlı subbrend haqqında məlumatlar daha öncə
internetdə yetəri qədər yayılmışdı. İndi isə Xiaomi şirkəti bu subbrendi rəsmi
olaraq Hindistanda anons etdi. Poco adlı yeni subbrend şöbəsinə Jai Mani
başçılıq edəcək. O daha öncə Google şirkətində çalışıb. Şirkət qlobal bazarda
satılacaq smartfonların istehsalı ilə məşğul olacaq. Subbrendin əsas məqsədi isə
güclü və bahalı olmayan smartfonların istehsalıdır. Şirkətin yeni subbrendinin
istehsal edəcəyi ilk smartfon modeli isə Xiaomi Pocophone F1 olacaq. Bir sıra məlumatlara
əsasən sözügedən smartfon 6 inç Full HD+ ekran, Snapdragon 845 prosessoru, 6 GB
RAM, 128 GB daxili yaddaş, 12 MP + 5 MP ikili arxa kamera, 20 MP-lik ön kamera
və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun təqribi
qiyməti isə 430 avro olacaq.
Paylaş
Bənzər xəbərlər