main-post-cover

    Xiaomi şirkəti yaxın zamanda Redmi Pro 2 smartfonunu təqdim edə bilər

    Elm & Texnologiya
    19.12.2018
    Farid Pardashunas
        Xiaomi şirkəti 2016-cı ildə satışa çıxartmış olduğu Redmi Pro smartfon modelinin yaxın zamanda davamçısını təqdim edə bilər. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində Redmi Pro 2-nin təqdimatına aid poster fotosu paylaşılıb. Həmin posterdə verilmiş məlumata əsasən Redmi Pro 2 smartfonu Qualcomm-un 8 nüvəli Snapdragon 675 prosessoru ilə təchiz olunacaq.

        Qeyd etmək lazımdır ki, sözügedən prosessor 11 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 2 GHz tezlikdə çalışan iki güclü nüvəni və 1.7 GHz tezlikdə çalışan 6 adi nüvəni birləşdirir. Prosessorun qrafik göstəricilərindən isə Adreno 612 çipi cavabdehdir. Məlumata əsasən bu çipin qrafik performansı əvvəlki modelin qrafik performansından 30% yüksəkdir.
        Heç istisna deyil ki, Redmi Pro 2 smartfonu 48 MP-lik arxa kamera ilə də təchiz oluna bilər. Belə ki, bir neçə müddət bundan öncə şirkətin prezidenti məhz 48 MP-lik arxa kameraya sahib smartfonun yaxın zamanda təqdimatına işarə edirdi. Ola bilər ki, söhbət məhz Redmi Pro 2-dən getsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər