main-post-cover

    Xiaomi şirkəti yeni Motorola RAZR'a bənzəyən smartfonun patentini aldı

    Elm & Texnologiya
    15.11.2019
    Emil Nəcəfov
        Dünən təqdim edilmiş yeni Motorola RAZR smartfonu elastiki ekrana sahib ilk qapaqlı smartfon modeli oldu. Lakin yaxın zamanda onun rəqibi artıq satışa çıxa bilər. Belə ki, internetdə Xiaomi şirkətinin yeni qatlana bilən smartfon patenti ortaya çıxıb və patentdə əks olunmuş smartfon xarici görünüşcə yeni Motorola RAZR modelini xatırladır. Bu barədə Gizmochina saytı xəbər verib.
        Şirkətin yeni patenti qapaqlı dizayna sahib qatlana bilən smartfon modelinin sxematik fotolarını özündə birləşdirir. Tam açıq formada cihaz monobloku xatırladır və onun ətrafında nazik çərçivələr yerləşir. Smartfonun ön panelinin yuxarı hissəsində isə bir qədər qalın çərçivə yerləşdirilib. Həmin çərçivədə danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər və ön kamera var.
        Sxematik fotolardan da görmək olar ki, smartfonun arxa panelində əlavə ekran mövcuddur. Güman etmək olar ki, həmin əlavə ekranda bildirişlər əks olunacaqlar. Arxa panelin aşağı hissəsində isə ikili kamera yerləşir. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir və bu il Xiaomi şirkətindən bu cür smartfonun satışa çıxacağını gözləmək lazım deyil. Smartfonun texniki göstəriciləri və qiyməti barəsində də bir məlumat yoxdur.
    Linki kopyala