
"Xiaomi" şirkəti yeni Xiaomi Mi 5s modelini tanıtmağa hazırlaşır
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyanın ən böyük ağıllı telefon istehsalçılarından olan Xiaomi yeni Xiaomi Mi 5s telefonunu ortaya çıxarmaya hazırlaşır. Sızdırılan məlumatlara görə telefonun çox iddialı olması gözlənilir.
İstehsal etdiyi cihazların həm qiyməti, həm
də performansı ilə tez bir zamanda tanınan Xiaomi şirkəti yeni modelini
tanıtmağa hazırlaşır. Yeni model Xiaomi Mi 5s adlanır.
Xiaomi Mi 5s xüsusiyyətləri
Sızdırılan məlumatlarda bu modelin çox
iddialı texniki xüsusiyyətləri olacağı bildirilir. Force Touch texnologiyasına
sahib 5.15 inç ekranlı telefonun Snapdragon 821 prosessora sahib olacağı
bildirilir. Bundan əlavə cihazın Adreno 530 GPU, 6 GB LPDDR4 RAM-ı olacağı
bildirilir. Telefonda 3490 mAh batareya həcmi və Qualcomm Quick Charge 3.0 texnologiyası
yer alacaq. Telefonun nə zaman satışa çıxacağı və qiyməti haqda məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər