Logo
    main-post-cover

    Xiaomi şirkəti öz dron modelini təqdim edib.

    Xiaomi şirkəti öz dronu olan Mi Drone-nu son bir həftə təqdimata hazırlayırdı. Sonunda bu rəsmi olaraq baş verdi. Yeni dronların iki modeli satışda olacaq. Mi Drone-nun birinci modeli 4K formatlı video çəkmək özəlliyinə sahib kamera ilə təchiz olunaraq $450 qiymətinə satılacaq. İkinci model isə Full HD formatlı video çəkmək özəlliyinə sahib kamera ilə təchiz olunacaq. Onun qiyməti isə $380 olacaq. Dronda olan batareya sayəsində o 27 dəqiqə ərzində avtonom rejimdə çalışa biləcək. Hər iki modeldə 104 dərəcə genişbucaq linzalı kamera quraşdırılmışdır. 

    Paylaş
    Bənzər xəbərlər